Mobil versiya
Ramzan Kadırov Putini bezdirib?
Tarix: 18-04-2016 | Saat: 16:47
Bölmə:Şou-biznes | çapa göndər

Ramzan Kadırov Putini bezdirib?







Rusiya prezidenti Ramzan Kadırovun açıqlamalarından təngə gəlib.

“Qafqazinfo” xəbər verir ki, azadliq.org-un yazdığına görə, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin “bəzi regional liderlərin müxalifət arasında xalq düşməni ovçusuna çevrilməsi” ilə bağlı dediyi tənqidi fikirləri yumşaltmağa çalışıb.İnsan haqlarını pozmaqda, tənqidçilərinə qarşı sərt rəftar göstərməkdə ittiham edilən Kadırov İnstagram vasitəsilə deyib ki, o, “bəzi vaxtlar emosionaldır”, amma şəxsi zərər və qrubanları fonunda hər gün Rusiyanın düşmənləri ilə mübarizə aparır.

Silah və idman maşınlarından zövq alan 39 yaşlı Kadırov yanvarda müxalifət lideri Mikhail Kasyanov ilə bağlı İnstagramda paylaşdığı videonu “zarafat” adlandırıb. Həmin videoda tanınmış müxalifətçi silah nişangahındadır. Mikhail Kasyonov bunu özünə qarşı hədə sayıb və araşdırma üçün hüquq-mühafizə orqanlarına üz tutacağını deyib.

Ramzan Kadrırov tez-tez Rusiya müxalifət liderlərini ittiham edir və onları hədələyir. Onları “xalq düşmənləri” adlandırır və hesab edir ki, müxalifət təmsilçilərini cəzalandırmaq lazımdır: “Mən hər gün Rusiyanın düşmənləri ilə mübarizə apara-apara diplomatik təhsil alıram. Bu mübarizə mənim əzizlərimlə, dostlarımla, yaxınlarımla münasibətləri korlanmaq bahasına başa gəlib”- deyə Ramzan Kadırov yazıb.

Kadrıov atası, Çeçenistanın keçmiş prezidenti 2004-cü ildə Qroznıda partlayış nəticəsində öləndən sonra Moskvanın xeyir-duası ilə hakimiyyətə gəlib. Ramzan yazır ki, onun özünüifadəsi bəzən emosional olur, amma bu, açıqqəlbliyindən irəli gəlir.

Mikhail Kasyanovu və digər müxalifət təmsilçisi, Kremlin tənqidçilərindən biri Vladimir Kara-Murzanı nişangahda göstərən video ilə bağlı Kadırov yazır: “Bu, zarafat idi. Burda hər hansı və ya kiməsə qarşı birbaşa hədə niyyəti yoxdur”.

Rusiya prezidenti Vladimir Putin aprelin 14-də deyib ki, Çeçenistan lideri və Rusiyanın digər regional rəhbərlərinin öz ərazilərində və Rusiya xalqı qarşısında öz məsuliyyət səviyyələrini dərk edəcəklərinə ümid edir: "Ümid edirəm, onlar anlayacaqlar ki, müxalifətə qarşı açıqlamaları ölkənin stabilliyinə töhfə vermir. Əksinə, bu, stabilliyi zədələyir”

Ancaq Putin Kadırovu tərifləməyindən də qalmayıb. O, Kadırovun çeçen seperarçıları ilə birgə Rusiyaya qarşı döyüşdüyünü xatırladaraq deyib ki, bu adamları anlamaq lazımdır. Putin əlavə edib ki, söhbət qanı qaynayan qafqazlılardan gedir: “Bu adamlar üçün hökumət işində, özü də yüksək siyasi postda təmsil olunmaq elə də asan deyil. Biz hamımız insanıq. Biz hamımız öz keçmişimizdən nəyisə qoruyub-saxlayırıq”.
Ramzan Kadırov Putinə bu tənqidi fikirlərə görə təşəkkür edib və deyib ki, “Rusiyanın maraqları və böyük ölkəmizin adamları naminə” mübarizəsini davam etdirəcək.

Müxalifət lideri Mikhail Kasyanovun təmsil olunduğu Parnas Partiyası fevralda açıqladığı hesabatda Kadırovu 30 minlik güclü “şəxsi ordu” yaratmaqda ittiham edib. Partiya bunun ölkənin milli təhlükəsizliyinə hədə olduğunu bildirib. Bu hesabat Parnasın həmsədri, keçmiş baş nazir müavini Boris Nemtsovun Kreml yaxınlığında öldürülməsindən bir il sonra açıqlanıb. Bəzi müxalif təmsilçiləri qətldə Kadyrovun əli olduğunu güman edirlər. Nemtsovun qətli ilə bağlı Çeçenistandan olan 5 nəfər həbs edilib və onlar qətldə ittiham olunurlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024