Mobil versiya
"Mədəniyyət nazirinin yanına gözəl təkliflə getmişdim, amma..."
Tarix: 09-03-2021 | Saat: 17:48
Bölmə:Şou-biznes | çapa göndər

"Mədəniyyət nazirinin yanına gözəl təkliflə getmişdim, amma..."

Mədəniyyət Nazirliyindən şikayətim var. Ümid edirəm ki, indi yaxşı olacaq. Keçmiş nazirin yanına gözəl təkliflə getmişdim. Müasir rəqslə bağlı təklif edirdim. İstedadlı rəqqaslarımız var, amma o səviyyədə deyil. Öz cibimin düşməni deyiləm ki. Nə şoular, konsertlər etmişəmsə, xaricdən rəqs qrupu gətirmişəm. Onların da pulu çoxdur.

Bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramında deyib. Müğənni Azərbaycanda rəqs qrupu yaradılması üçün dəfələrlə nazirliyə müraciət etdiyini söyləyib.

A.Kazımova həmkarı Faiq Ağayevin konserti ilə öz layihələrini müqayisə edib:

"Faiq Ağayev deyir ki, yeganə müğənniyəm konsertdən pul qazanıram. Əlbəttə, qazanarsan. Gəl, görək sənin konsertinin büdcəsi nə qədərdir, mənimki nə qədər. Elə bir rəqs qrupuna ödədiyim məbləğ bir çoxunun ümumi konsertinin büdcəsi qədərdir. O qədər keyfiyyətli, gözəl, peşəkarlarla dolu iş istəyirəm ki, məbləğ də qalxır".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024