Mobil versiya
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı təşkil olunub
Tarix: 09-03-2021 | Saat: 17:43
Bölmə:Təhsil | çapa göndər

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı təşkil olunub

Martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib.

Mərkəzdən bildirilib ki, imtahanın nəticələri saat 16:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.

Bakı şəhərində bir binada aparılan imtahan saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda iştirakı nəzərdə tutulan 94 nəfərdən 4 nəfər imtahana gəlməyib. Şagirdlərə 30 qapalı tapşırıq təqdim olunub. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal balın miqdarı 100-dür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunur və müsabiqəyə buraxılırlar. İmtahanda iştirak edən 24 nəfərin nəticəsi “məqbul”dur.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 10 mart saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2024