Mobil versiya
Qazinin görmə qabiliyyəti bərpa edilib - FOTO
Tarix: 03-03-2021 | Saat: 17:20
Bölmə:Ölkə | çapa göndər

Qazinin görmə qabiliyyəti bərpa edilib -

Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən aia.az-a verilən məlumatda bildirilib ki, İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Qazinin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.

Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaqdır.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024