Azərbaycanda bölgələrin əfsanələri üzrə turizm marşrutları yaradılır
Tarix: 17-04-2016 | Saat: 12:48
Bölmə:İqtisadiyyat | çapa göndər
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan bölgələrinin əfsanələri üzrə turizm marşrutları yaradır.
Milli.Az bildirir ki, bu barədə Trend-ə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov məlumat verib.
M.Qəhrəmanov deyib ki, hər bir bölgənin tarixinə uyğun olaraq əfsanələr var: "Biz ilkin layihə olaraq, şimal-qərb bölgəsi üzrə 14 əfsanə müəyyən etmişik. Turistləri cəlb edə bilmək üçün həmin əfsanələr üzrə marşrutlar yaradırıq".
Onun sözlərinə görə, Azərbaycanın zəngin tarixi, coğrafi mövqeyi, adət-ənənəsi ölkədə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsinə imkan verir.
Bu gün ölkəmizdə turizmin bir çox növlərinin olduğunu deyən M.Qəhrəmanov xatırladıb ki, Azərbaycan son illərdə dünya əhəmiyyətli bir çox tədbirlərə ev sahibliyi edib: "Buna görə də Azərbaycanda konqres turizminin inkişafı üçün böyük imkanlar var. Bizim təbii dəyərlərimiz sağlamlıq turizmini də inkişaf etdirməyə imkan verir. Bu gün üstü açılmamış ehtiyatlar var ki, onları da sağlamlıq turizmi məhsulu formasına salmaq üçün bir çox investisiyalar qoyulmalı və infrastruktur yaradılmalıdır".
Nazirlik rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda olan 8 Milli Park ekoloji turizmin inkişafına geniş imkanlar yaradır.
M.Qəhrəmanov Azərbaycanda ekstremal, mədəni, arxeoloji turizm üçün də geniş imkanların olduğunu söyləyib: "Bu turizm növlərinin maksimum professional səviyyədə inkişafı üçün turizm marşrutları qanunvericiliyə uyğun pasportlaşdırılır və onlar üzrə infoturlar keçirilir".
O deyib ki, kənd turizminin (yaşıl turizm) inkişafı baxımından Azərbaycanın rayonlarında çox gözəl təbiət mənzərələri var: "Hər bir kəndin öz adət-ənənəsi, qonaqları qəbul etmək üsulu, milli mətbəxi var. Bunlardan istifadə edərək kənd turizminin yaradılması imkanlarını inkişaf etdirmək olar".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024