Mobil versiya
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir - FOTOLAR
Tarix: 02-03-2021 | Saat: 18:06
Bölmə:Cəmiyyət | çapa göndər

Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının sədri Turani Əliyev və Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu Göygöl şəhərində Vətən müharibəsində şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinı ziyarət ediblər.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvülərinə yüksək hörmət və ehtiram ifadə olunub. Qeyd olunub ki, şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq, Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Şəhidlərimizin valideyinləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024