Mobil versiya
Məleykə Ağayeva: “Yeni reallıqlar yeni inkişaf perspektivlərini şərtləndirir”
Tarix: 02-03-2021 | Saat: 16:12
Bölmə:Manşet / Gündəm | çapa göndər

Məleykə Ağayeva: “Yeni reallıqlar yeni inkişaf perspektivlərini şərtləndirir”

“Ölkə Prezidenti cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının gedişində jurnalistləri maraqlandıran bütün məqamlara tam aydınlıq gətirməklə ölkəmizin mövqeylərini daha da gücləndirmiş və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğulamışdır.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva deyib.

İlk olaraq təşkilat sədri belə bir məqamı vurğulayıb ki, dövlət başçısının keçirdiyi mətbuat konfransı Ermənistanın revanşist əhval-ruhiyəli bəzi dairələrinə və onları dünyada hələ də dəstəkləməkdə davam edən bəzi havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq mesajları ilə yadda qaldı. Beynəlxalq media qurumlarının vasitəsilə ötürülən bu mesajlarda isə Azərbaycan Prezidentinin qətiyyəti və yenilməz iradəsi bir daha öz əksini tapmış oldu: “Dörd saatdan artıq vaxt ərzində ən müxtəlif sahələr üzrə ixtisaslaşan jurnalistlərin 50-dən artıq sualını 4 dildə cavablandıran Prezident İlham Əliyev bu dəfə də media nümayəndələrini heyrətləndirdi və onların rəğbət dolu etiraflarına səbəb oldu. Belə ki, bəzi xarici jurnalistlər hətta təmsil etdikləri ölkənin rəhbərlərində eyni xüsusiyyətlərin müşahidə edilmədiyindən böyük təəssüf hissi keçirdiklərini də açıq ifadə etdilər. Bununla belə Azərbaycanın maraqları dairəsinə daxil olan bütün məsələlər barədə verdiyi açıqlamalarda dövlət başçısının birmənalı mövqeyi, sonsuz qətiyyəti və yenilməz iradəsi özünü qabarıq şəkildə göstərdi. O cümlədən, Ermənistanda bu gün hökm sürən hərc-mərclikdən istifadə etməyə çalışan bəzi revanşist qüvvələr də onlara ünvanlanmış sərt mesajlarını aldılar. Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi və Dağlıq Qarabağın statusu ilə bağlı sualları cavablandıraraq bu mövzuların artıq birdəfəlik bağlandığını və bundan sonra heç zaman açılmayacağını bildirdi. Bununla da Prezident İlham Əliyev hələ də status xülyasında olanların puç ümidlər bəslədiyini kifayət qədər sərt və qəti ifadələrlə bir daha təsdiq etdi. Dövlət başçısının dediyi kimi, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.”

Həmçinin Məleykə Ağayeva vurğulayıb ki, keçirilən mətbuat konfransı Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib: “Heç şübhəsiz, Ölkə Prezidenti cənab İlham Əliyev bu mətbuat konfransını məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə keçirməklə dünyaya daha bir önəmli mesaj ünvanlamış oldu. Dünya Xocalı qətliamını tanımalı və bu qanlı cinayətin azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş əsil soyqırımı aktı olduğunu təsdiq etməlidir. Jurnalistlərə müraciət edən dövlət başçısı erməni faşizminin bariz təzahürü olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Xocalı faciəsi ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır. Prezident İlham Əliyev öz çıxışında Xocalı qatillərini ittiham edərək dedi:“Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.” Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Məhz bu işlərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.”

Həsən Əsədov
Mehman Hüseynov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024