Mobil versiya
Azərbaycan öz sözünü döyüş meydanında dedi
Tarix: 01-03-2021 | Saat: 15:45
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan öz sözünü döyüş meydanında dedi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə və sözlərə əməl edərək əhalinin sosial qayğılarla əhatə edilməsi, ölkədə aparılan abadlıq və quruculuq işlərini uğurla həyata keçirmiş, müxtəlif dövlət proqramları qəbul etmiş, ölkəmizi nəinki Qafqazda, dünyada inşaf edən ölkələr sırasına çıxarmışdır. Bütün bu işlərlə, həyata keçirilən məqsədyönlü tədbirlərlə cənab İlham Əliyev Azərbaycan xalqının qəlbində dərin hörmət qazanmışdır. Təsadüfü deyil ki, Azərbaycan xalqı cənab Prezidentin bir çağrışına qoşularaq Vətən Müharibəsində öz sözlərini döyüş meydanında dedilər, işğalçı düşmənə layiqli cavab verdilər.

Bəllidir ki, 30 ilə yaxın bir müddət ərzində ölkəmizin 20 faizindən artıq ərazisi, işğal edilmiş, ölkəmizdə 1 milyondan artıq qaçqın yaranmışdır. Təbii sərvətlərimiz talan edilərək ermənilər tərəfindən mənimsənilmişdir. Bu münaqişənin həll edilməsi məqsədilə yaradılmış Minsk qrupu 30 ilə yaxın fəaliyyəti dövründə əslində turist səfərlərinə bənzər, hər iki ölkəyə gəlib-getmiş, faktiki heç bir müsbət nəticəyə nail olmamışdır. Ölkə rəhbərliyi dəfələrlə onları qəbul edərkən və müxtəlif səviyyələrdə keçirilən yığıncağlarda qeyd etmişdir ki, aparılan danışıqlar müsbət nəticə verməsə biz məcbur olub öz işğal edilmiş torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Lakin münaqişəni həll etmək üçün yaradılmış bu təşkilat həmişə bildirmişdir ki, Azərbaycan - Ermənistan arasında olan bu münaqişənin hərb yolu ilə həlli qeyri mümkündür. Müharibənin hərbi yolu yoxdur. Lakin Ali Baş Komandan bütün dünyaya subut etdi ki, bu münaqişənin hərbi həlli mövcuddur.

Ölkəmizdə aparılan sosial-iqtisadi siyasət, uğurlu daxili və xarici diplomatik manevrlər nəticəsində respublikamız inkişaf etmiş, Müdafiə sənayesi Nazirliyi yaradılmış, ölkəmizdə qısa müddət ərzində müxtəlif silah növləri istehsal edilmişdir. Öz tələbatımız ödənilmiş, hətda bəzi silah- sursat növləri xarici ölkələrdə keçirilən sərgilərdə müxtəlif dövlətlərin marağına səbəb olmuşdur. Bütün bu işlər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində olmuşdur.

Uzun illər ərzində düşmən ölkə hərbiçiləri təxribatlar törətmiş, yeni- yeni ərazilər işğal etmək niyyətində olmuşlar. Artıq ordu quruculuğu sahəsində aparılan islahatlar nəticəsində ölkəmizin başqa ölkələrdən asıllığı azalmış, cənab Ali baş komandan beynəlxalq hüquq çərçivəsində dünyanın inkişaf edən ölkələrində istehsal edilmiş hərbi avadanlıqlarla silah-sursatını zənginləşdirmiş, yeni texnologiyalar almış, ordumuzu yeni müasir slihlarla təhciz etmişdir. Bunun nəticəsidir ki, ermənilərin keçilməz sədd hesab edilən müdafiə səddi qısa müddət ərzində darmadağın edilmiş və işğal olunan xeyli strateji əhəmiyyətli ərazilərimiz Ləllətəpə, Cocuqmərcanlı və digər ərazilərimiz işğaldan azad edilmişdir. Bu hərbi əməliyyatlarla biz düşmən ölkəyə göstərdik ki, Azərbaycan 90- cı illərin ölkəsi deyil.

Nəhayyət 2020- ci ilin sentyabrında Ermənistan qoşunlarının ölkəmizə olan basqınlarına cavab olaraq ordumuz cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əks hücuma keçmiş,qısa müddət ərzində torpaqlarımız işğaldan azad edilmişdir. Həyata keçirilən hərbi əməliyyatlarla düşmən ölkənin çoxsaylı əsgər və zabitləri məhv edilmiş, bizə qarşı istifadə etdikləri hərbi texnika ələ keçirilmişdir. Müharibədən əvvəl Ermənistan rəhbərliyi bəyanatlarla bildirirdilər ki, tanklarımız Bakı küçələrində hərəkət edəcək. Biz isə onların tanklarını öz təkərləri ilə deyil, qoşqularda Bakıya gətirlib Zəfər Paradında bütün dünyaya nümayiş etdirdik. Aparılan müharibə nəticəsində qazandığımız hərbi uğurlar əsasən ölkə rəhbərliyi ilə xalq arasında olan sağlam münasibət, ölkədə aparılan iqtisadi, siyasi islahatlar və uğulu xarici siyasətlə qazanılmışdır.

Müharibə nəticəsində düşmən ölkə biabırcasına məğub edilmiş, küncə sıxışdırılmış, təslimçilik aktına imza atmağa məcbur edilmişdir. Ermənistanın bu təslimçilik aktına imza atması əslində hərbi məğlubiyyətini tam etiraf etməsi oldu.


Fikrət Əhmədov
YAP Saatlı rayon təşkilatının Şura üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025