Mobil versiya
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Tarix: 01-03-2021 | Saat: 11:02
Bölmə:Ölkə | çapa göndər

Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək


Şəhid ailələrinə və müharibə əlilləri üçün mənzil təminatı proqramı 2021-ci ildə 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aia.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi.

2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.

Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-01-2025