COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar
Tarix: 27-02-2021 | Saat: 13:54
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Soyuq və şaxtalı hava bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı mübarizəsini çətinləşdirir. Ona görə soyuq havalarda yeni növ koronavirus (COVID-19) infeksiyası keçirənlər daha çox isti məkanlarda, evdə qalmalıdırlar.
AİA.Az bildirir ki, həkim-terapevti Nərgiz Kərimovanın COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir. Xəstəlikdən sağalandan sonra əksər orqanizmdə virusa yoluxmanın qarşısını alan anticisimlər əmələ gəlir. Lakin həmin immunitetin nə qədər davam edə biləcəyi ilə əlaqədar dəqiq məlumatlar yoxdur.
Müsahibimiz daha sonra deyib: "Orqanizmin bərpası, tez reabilitasiyası və yenidən bu və ya digər viruslara yoluxmamaq üçün qarlı havada evdə qalmaq və həkimlərin tövsiyələrini yerinə yetirmək məsləhətdir. Yüksək reinfeksiya riskinə malik olanlar, yaşlı və immun sistemi zəif olanlar profilaktik tədbirlərə ciddi riayət etməlidirlər. COVID-19 xəstəliyindən sağalanlar qidalanma rejimini bərpa etməyə çalışmalı, itirilmiş iştahanı kompensasiya etmək üçün üzvi məhsullar, tərəvəzlər, yumurta və təhlükəsiz quş əti, asan həzm olan yeməklərə üstünlük verməlidirlər".
Virus yaddaş hüceyrələrinə zərər verdiyinə görə itmiş diqqəti, idrak düşüncə qabiliyyətlərini və yaddaşı bərpa etmək üçün günün bir hissəsini yaddaş oyunları və oxumağa ayırmaq, zehni canlandırmaq üçün yollar axtarmaq lazımdır: "Keçirilmiş xəstəlikdən sonra orqanizm vəziyyəti qəbul etmədiyinə görə həyəcanverici siqnallara - başağrısı və ya yorğunluq hallarına diqqət yetirmək, problemlər artarsa, ailə həkimi ilə mütəmadi əlaqə saxlamaq lazımdır. Bundan başqa vaxtaşırı olaraq idman hərəkətləri etmək məsləhət görülür. Bədən zəif olanda məşqlər çətinlik yarada bilər, lakin gündəlik idman tədricən həm fiziki, həm də mənəvi cəhətdən sağalmağa kömək edəcək".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər