Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Tarix: 27-02-2021 | Saat: 11:12
Bölmə:İqtisadiyyat | çapa göndər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Ağıllı şəhər" konsepsiyası ilə əlaqədar araşdırmalar sahəsində beynəlxalq ekspert şirkətləri ilə işləyir.
Bu barədə aia.az-a Nazirlikdən bildiriblər.
Qeyd olunub ki, araşdırmalar başa çatdıqdan sonra "Ağıllı şəhər" xidmətləri üçün prioritet sahələr müəyyənləşdiriləcək.
Eyni zamanda nazirlik müvafiq dövlət strukturları ilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı" xidmətlərin tətbiqi ilə bağlı məslhətləşmələr keçirir:
"Hazırda bəzi "ağıllı" xidmət avadanlıqlarının mərkəzi platformaya mobil və ya stasionar rabitə operatorlarının vasitəsilə qoşula bilər. Bu imkanlar planlaşdırılan "ağıllı" xidmətlərin tələblərinə uyğun artırıla bilər".
Bunlardan əlavə nazirlik tərəfindən "ağıllı şəhər"in tikintisinin texniki və texnoloji tərəflərini, onun gələcək inkişafında rol alacaq müvafiq dövlət strukturlarını əks etdirən "ağıllı şəhər" strategiyası hazırlanır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024