Mobil versiya
Tarixin qanlı faciəsi, Xocalı soyqırımı
Tarix: 25-02-2021 | Saat: 12:31
Bölmə:Gündəm | çapa göndər

Tarixin qanlı faciəsi, Xocalı soyqırımı


Tarixə öz qanlı damğasını vuran Xocalı soyqırımından 29 il ötür. Baxmayaraq ki, zaman hər kəsi o dəhşətli hadisədən hər il daha da uzaqlaşdırır, lakin yenə də gözlər önündə eyni vəhşət, insanlıq faciəsi, erməni vandalizmi və Xocalıların soyqırımı canlanır. Heç bir insan hüquqlarının qorunmadığı, qəbul olunmuş müharibə şərtlərinin gözlənilmədiyi, Cenevrə konvensiyasının pozulduğu, xüsusilə qadın, uşaq və qocaların hədəf alındığı və amasızlıqla qətlə yetirildiyi və dünyanın gözü qarşısında baş verən bir faciə hələ də layiqli qiymətini ala bilməmişdir. Son 27 ildə dövlət tərəfindən beynəlxalq arenada ardıcıl olaraq aparılan təbliğat-təşviqat işləri nəticəsində dünyanın müstəqil dövlətlərindən Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, Rumınya, Sudan, Panama, Qvatemala, Latviya, İordaniya, Sloveniya, Şotlandiya və Cibuti Resbuklikası tərəfindən Xocalı soyqırımının hüquqi qiymət almasına və tanınmasına səbəb olmuşdur. ABŞ-ın bir sıra ştatlarının vəİslam Əməkdaşlıq Təşkilatının soyqırım faktını tanıması hələ qarşıda çox işlərin olduğunu şərtləndirir.

Nə üçün Xocalı soyqırımı baş verdi?

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil

Dünya mətbuatında həmin tarix belə işıqlandırılmışdı:
·BBS1 Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992

Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.

·Röyters-in fotoqrafı Frederik LenqanAğdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

·Vaşinqton Post, 6 Mart 1992
SON VİDALAŞMA

"Dünən azərbaycavnlıların qəbirstanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfnolunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı".

·Mond, Paris, 14 Mart 1992

Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onlarındırnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır.

·Human Rights WatchHelsinki, Dekabr 1994
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YEDDİ İLİ


Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: "Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsashadisələrdən biri oldu və s.
Görünən odur ki, ermənilərin yoxdan var etdikləri qondarma tarix, qondarma erməni soyqırımı, illərdir xəyalını qurduqlarıcəfəng"Böyük Ermənistan" adlı xülyasıvə bütün bunların uğruna apardıqları mənasız siyasəti, eyni zamanda erməni şovinistlərinin azərbaycanlılar üzərində törətdikləri real faktlara əsaslanan vandalizmini dünyaya tanıtmaqda hər bir Azərbaycan vətəndaşı həmrəy və bir-birinə dəstək olmalıdır.



Günay Sultanova,
YAP üzvü, Saatlı rayon Təhsil şöbəsinin müdiri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024