Mobil versiya
Naxçıvanda birinci sinfə gedən uşaqların sayı açıqlandı
Tarix: 15-09-2025 | Saat: 09:35
Bölmə:Təhsil | çapa göndər

Naxçıvanda birinci sinfə gedən uşaqların sayı açıqlandı

2025–2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 50 500 şagird təhsil alacaq. Onlardan 24 345-i qız, 26 155-i oğlandır.

aia.az xəbər verir ki, yeni tədris ilində məktəbəhazırlıq qruplarında 3 007 uşaq iştirak edəcək.

Bu qruplarda 1 418 qız, 1 589 oğlan yer alıb. Eyni zamanda birinci sinfə 3 822 şagird qəbul olunub ki, onların 1 833-ü qız, 1 989-u oğlandır.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2025