Mobil versiya
Evakuator sürücülərinin işə qəbulu necə aparılır?
Tarix: 16-04-2016 | Saat: 21:04
Bölmə:Aia TV | çapa göndər

Evakuator sürücülərinin işə qəbulu necə aparılır?





Bir neçə gün əvvəl Bakıda dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuatorun sürüyə-sürüyə aparması barədə xəbər vermişdik. Səhərisi gün məsələni araşdıran Baş Dövlət Yol Polisi İdarəsi həmin evakuatorun sürücüsünü qayda pozduğuna görə cərimələyib və işdən qovub. Baş vermiş hadisə evakuator sürücülərinin təhlükəsizlik məsələsi ilə yanaşı, həm də onların işə götürülməsini də aktuallaşdırdı. Yəni bu cür avtomobillərə sürücü qəbul edilərkən yol polisi nələrə diqqət edir?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, dəfələrlə paytaxtda evakuator sürücülərinin səhvi ucbatından belə hadisələr olub. Elə bir neçə gün əvvəl bu cür qayda pozan bir evakuator sürücüsündən bəhs olunub tuş gəlib. Dayanma-durma qaydasını pozan sürücünün avtomobilini evakuator sürücüsü heç bir təhlükəsizlik qaydasına əməl etmədən sürüyə-sürüyə aparıb.

Səhərisi gün "təhlükəsiz şəhər" kameraları vasitəsi ilə sürücünün qayda pozuntusunu izləyən Baş Dövlət Yol Polis İdarəsi ona 4 bal və 100 manat cərimə tətbiq etməklə yanaşı, həm də işdən qovub.

Əslində bu, qovulan ilk sürücü deyil.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, evakuator sürücüləri də bütün hərəkət iştirakçıları kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Başqa bir məsələ isə evakuator sürücülərinin işə qəbul edilərkən nələrə diqqət edilməsidir. Bölmə rəisinin sözlərinə görə, evakuator sürücüləri işə götürülərkən ilk olaraq yaşına və sürücülük təcrübəsinə baxılır. Bundan sonra həmin sürücülərə müəyyən təlimatlar verilir və sınaqdan daha yaxşı keçən şəxslər işə götrülür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə