Mobil versiya
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çatacaq - XƏBƏRDARLIQ
Tarix: 23-02-2021 | Saat: 10:54
Bölmə:Ölkə | çapa göndər

Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çatacaq -


Dövlət Dəniz Agentliyi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin hidrometeoroloji rejimini və iqlim xüsusiyyətlərini mütəmadi olaraq nəzarətdə saxlayır. Bununla əlaqədar olaraq bildiririk ki, Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıqla bağlı məlumat daxil olmuşdur. Dövlət Dəniz Agentliyi qeyd olunan hava şəraitinin kəskinliyini və bununla bağlı zəruri addımların atılmasını nəzərə alaraq, ictimaiyyət və şəxsi heyət üçün bir sıra məlumatların açıqlanmasını zəruri hesab edir:

Agentliyin Mətbuat xidmətindən aia.az-a bildirilir ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılmışdır. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülmüş və müvafiq təlimatlar verilmişdir. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Bildiririk ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024