Mobil versiya
Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır - Təhsil Nazirliyi
Tarix: 23-02-2021 | Saat: 10:43
Bölmə:Təhsil | çapa göndər

Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır -

Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərinə zəfər tariximizin daxil edilməsi ilə bağlı işlər aparılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı zəfər tariximizin dərsliklərə daxil edilməsi üçün işlərə başlanılıb, artıq bununla bağlı xüsusi dərs mövzuları da hazırlanıb:

"Bütün dərslikləri qısa müddətdə dəyişmək mümkün olmadığından hazırda bu proses mərhələli şəkildə aparılır. Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərini təkmilləşdiririk. Bu dərsliklərdə bütün müvafiq yerlərdə düzəlişlər və əlavələr olunacaq. Amma bu, o demək deyil ki, Qələbə ilə bağlı mövzuları ancaq 2 və 6-cı sinif şagirdləri öyrənəcək. Dərslik yeganə öyrənmə mənbəyi deyil və öyrənmə üçün müəllimlər digər vəsaitlərdən də istifadə edirlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024