Ukraynadan idxal edilən soğan yararsız çıxdı  
Tarix: 22-02-2021 | Saat: 15:38
Bölmə:İqtisadiyyat | çapa göndər
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynada "ALİKEND" özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.
Agentlikdən AİA.Az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 27-10-2025