Mobil versiya
YAP Samux rayon təşkilatının nümayəndələri yaralanmış Vətən Müharibəsi qazilərini evlərində ziyarət ediblər - FOTOLAR
Tarix: 19-02-2021 | Saat: 15:24
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatının nümayəndələri yaralanmış Vətən Müharibəsi qazilərini evlərində ziyarət ediblər

YAP Samux rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. 19 Fevral 2021-ci il tarixində YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazilərlər növbəti dəfə ziyarət edildi. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak etdilər.

Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Çobanabdallı kənd qazilərindən Həsənov Kəramət Nizami oğlunu və Süleymanov Ülvi Lütfi oğlunu ziyarət ediblər. Ziyarətçilər yaralanmış hərbiçilərin problemləri ilə maraqlanıb, onlara ərzaq yardımları çatdırdılar.

Keçirilən görüşlərdə səmimi söhbət edən qazilərimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təəsüratlarını bölüşüb, xatirələrini danışıblar. Qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Amma biz bunu Vətən Müharibəsi kimi tariximizə qızıl hərflərlə yazdıq. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov da onları ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, bildirib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə