Mobil versiya
"Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur"
Tarix: 19-02-2021 | Saat: 12:19
Bölmə:Şou-biznes | çapa göndər

"Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur"
"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə...".

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkədə yazıb. Sənətçi kişi xəyanətindən bəhs edib. O bildirib ki, sevdiyi qadına xəyanət etməyən kişi yoxdur:

"Sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək?

Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur. Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalxın kişisi, yoxdur, aldadıblar sizi".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024