Mobil versiya
AHİK – pandemiya ilə mübarizə davam edir
Tarix: 17-02-2021 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

AHİK – pandemiya ilə mübarizə davam edir




ATİAHİ Ağdaş rayon komitəsinin bu istiqamətdə fəaliyyəti diqqətəlayiqdir


Pandemiya ilə mübarizənin ən gərgin dönəmində bütün Azərbaycan xalqı Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək, həqiqətən də möhtəşəm birlik nümayiş etdirdi. Həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə ilk günlərdən, həm də ən aktiv şəkildə iştirak edib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürmüşdür. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, AHİK tərəfindən Birliyin hesabına 105 min manat vəsait köçürülmüşdür. 27 iyul 2020-ci il tarıxdə “Regional İnkişaf” İctimai Birliyinə əlavə olaraq 100 min manat vəsait köçürülmüşdür. Eyni zamanda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat köçürülmüşdür. 2016-cı il Aprel və 2020-ci il İyul döyüşlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 nəfər azyaşlı uşaqlarının himayəyə götürülməsi və hər bir uşağa 18 yaşına çatana kimi ayda 150 manat məbləğində yardım edilməsi qərara alınmışdır. AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanmışdır. Bu müddətdə yalnız AHİK tərəfindən ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə 302.979 manat maddi yardım göstərilmişdir. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ianələr etmiş, Fonda həmkarlar ittifaqları tərəfindən 477.760 manat vəsait köçürülmüşdür. AHİK-in üzv təşkilatları 900.748 manat öz sahələri üzrə aztəminatlı ailələrə maddi yardım və ərzaq yardımları göstərmişlər. Ümumilikdə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.204.445 manatdan çox vəsait xərclənmişdir.

Təbii ki, pandemiya ilə mübarizədə AHİK-nın bu aktiv iştirakı həm də quruma üzv olan həmkarlar ittifaqlarının və onların rayon və bölgələrimizdə fəaliyyət göstərən komitələrinin səmərəli fəaliyyətləri ilə təmin edilir. Belə rayon təşkilatlarından biri də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağdaş rayon komitəsidir. Hazırda İrasət Zahidovun rəhbərlik etdiyi bu təşkilatın üzvlərinin ümumi sayı 4035 nəfərdir. Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının tüğyan etdiyi dönəmlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdaş rayon Komitəsinin əməkdaşları, bir çox təlim-tədris müəssisələrində maarifləndirmə təbliğatlarını həyata keçiriblər, sanitar-gigiyenik qaydalara əməl olunması yöndə hər kəsə tövsiyyələrini çatdırıblar. Həmçinin təhsil sahəsində çalışan və koronavirus xəstəliyinə yoluxan şəxslərə bu qurum tərəfindən müəyyən məbləğlərdə maliyyə dəstəyi də göstərilib.

Həmçinin ATİAHİ Ağdaş rayon komitəsi öz fəaliyyətində şanlı ordumuzun təmsilçilərinə də hər zaman dəstək olmağa çalışır. 44 gün ərzində davam edən Vətən müharibəsi dövründə Komitənin əməkdaşları, döyüşlərdə iştirak edən üzvlərinin ailələrinə baş çəkib, onlara maddi və mənəvi dayaq olub, həmin alələrə soqatlar da çatdırıblar. Komitə bu gün də Vətən müharibəsindən geri dönən hərbçi ailələrinə, müharibədə qazi olanlara, həmçinin şəhid ailələrinə qarşı qayğı göstərməkdə davam edir.

Ümumiyyətlə demək lazımdır ki, ATİAHİ Ağdaş rayon komitəsinin öz üzvlərinin əmək hüquqlarının müdafiə edilməsi, təhsil işçilərinin onların problemlərini daim diqqət mərkəzində saxlaması və onların operativ şəkildə həll etməsi baxımından fəaliyyəti də rayonun pedaqoji ictimaiyyəti tərəfindən yükək qiymətləndirilir. Qeyd etdiyimiz kimi, hazırda İrasət Zahidovun rəhbərlik etdiyi bu qurumun xidmət göstərdiyi idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında həmkarlar ittifaqına üzvlük 100% təşkil edir. Etiraf etmək lazımdır ki, dörd min nəfərdən artıq insanın problemləri ilə məşğul olmaq, vəziyyəti hər zaman nəzarətdə saxlamaq, vətəndaşların əmək hüquqlarının pozula biləcəyi kimi halları aradan qaldırmaq, insanların asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili baxımından tədbirlər həyata keçirmək, müalicə və reabilitasiya kurslarına ehtiyacı olanları müəyyənləşdirib onlara bu xüsusda yardım etmək və bir çox bu kimi funksiyaları mütəmadi olaraq həyata keçirmək heç də asan iş deyil. Əlbəttə, bütün digər sahələrdə oluğu kimi, həmkarlar ittifaqı sistemində də hər şeyi kadrlar həll edir. Başqa sözlə desək, istənilən bir müəssisə və ya təşkilatın fəaliyyəti ilk növbədə həmin qurumun əməkdaşlarının, işçilərinin öz vəzifə borclarının icrasına nə dərəcədə məsuliyyətlə yanaşmaları ilə tənzimlənir. Elə ATİAHİ Ağdaş rayon komitəsinin fəaliyyəti də İrasət Zahidov tərəfindən düzgün istiqamətləndirildiyinə görə yuxarıda sadaladığımız məsələlərin həlli bu qurumun əməkdaşları üçün heç bir çətinlik törətmir.

Biz də gələcək işlərində ATİAHİ Ağdaş rayon komitəsinin sədri İrasət Zahidova və onun rəhbərliyi altında komitənin bütün kollektivinə yeni-yeni uğurlar diləyirik.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025