Mobil versiya
Qaradağlı faciəsindən 29 il ötür
Tarix: 17-02-2021 | Saat: 08:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qaradağlı faciəsindən 29 il ötür

Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 29 il ötür.

aia.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər.

İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb.

Şahid ifadələrinə əsasən, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra onlardan bəzilərinin başları kəsilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025