Mobil versiya
Nadir Adilmanın bu kitabı fransız dilində çap edildi
Tarix: 16-02-2021 | Saat: 18:53
Bölmə:Təhsil | çapa göndər

Nadir Adilmanın bu kitabı fransız dilində çap edildi

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) “O gələcək?” adlı kitabı fransız dilində çap edilib.

Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatı tərəfindən çap olunan kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də “Amazon”un bütün şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin kitabının bu cür geniş miqyasda satışa çıxarılması ilk dəfədir.

Ölkəmizin multikultural dəyərlərindən, müxtəlif millətlərin nümayəndlərinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs edən “O gələcək?” adlı kitabda həm də xalqımızın zəngin mənəvi-əxlaqi dəyərləri barədə də ətraflı danışılır. Kitabın geniş miqyasda yayılması ölkəmizin təbliği və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024