Faiq Ağayev də vaksin vurdurdu
Tarix: 16-02-2021 | Saat: 18:34
Bölmə:Şou-biznes | çapa göndər
Xalq artisti Faiq Ağayev də Covid-19 əleyhinə peyvənd olunub.
Müğənni bunla bağlı paylaşımı sosial şəbəkədə edib. O bildirib ki, yaxın günlərdə ikinci dozanı vurduracaq:
"Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq. Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.
Yaxın günlərdə "Sinovac"ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən".
Diqqətçəkən məqam isə ifaçının yanvarın 21-də vaksin vurdurması olub. Belə ki, hazırda vaksini müəyyən qrupa aid olan insanlar vurdura bilərlər. F. Ağayev hansı şərtlə vaksin olunmasını açıqlamayıb.
Xatırladaq ki, Xalq artisti Röya Ayxanın da peyvənd olunması müzakirələrə səbəb olmuşdu. Sənətçinin özəl klinikalardan birinin əməkdaşı olduğu açıqlanıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024