Mobil versiya
Vaksinasiya sayəsində əhalinin yoluxmayan hissəsini virusdan qorumaq olar - İnfeksionist
Tarix: 16-02-2021 | Saat: 10:43
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Vaksinasiya sayəsində əhalinin yoluxmayan hissəsini virusdan qorumaq olar -


Azərbaycanda aparılan vaksinasiya sayəsində ölkə əhalisinin COVİD-19-a yoluxmayan hissəsinin bu virusa yoluxmasının qarşısını almaq olar.

Bunu Trend-ə "Yeni klinika"nın həkim-infeksionisti Dilman Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 10 milyon əhalinin yalnız müəyyən bir hissəsi COVİD-19-a yoluxub:

"Amma hələ xeyli sayda əhali virusa yoluxmayıb, buna görə də onların virusa yoluxmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Əgər növbəti dalğa olarsa, həmin insanlar da virusa yoluxa bilərlər. Bu baxımdan profilaktik tədbirlərin görülməsi üçün insanları vaksinasiyada aktiv olmağa çağırıram".

D.Əhmədov qeyd edib ki, o, artıq vaksin vurdurub:

"Vaksinin birinci dozasını vurdurmuşam, sabah isə ikinci dozanı vurduracağam. Vaksindən sonra özümü çox yaxşı hiss etdim, heç bir yan təsirlər müşahidə edilmədi".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024