Mobil versiya
Türkiyədə Kamal Abdulladan elmi iş müdafiə olundu
Tarix: 12-02-2021 | Saat: 18:12
Bölmə:Təhsil | çapa göndər

Türkiyədə Kamal Abdulladan elmi iş müdafiə olundu

Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı Fatih Kəskin xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığı haqqında dissertasiya işi müdafiə edib.

Kult.az xəbər verir ki, “Kamal Abdullanın romanlarında struktur, mövzu və təhkiyə” adlı dissertasiya işinin elmi rəhbəri professor Figen Günər Diləkdir.

Fatih Kəskin qeyd edib ki, Azərbaycanın elmi-mədəni həyatının inkişafına mühüm töhfələr verən Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanları dünya dillərinə tərcümə olunub və bir çox ölkədə çap olunub. Dissertasiya işində Kamal Abdullanın qeyd olunan üç romanının strukturu, mövzusu və təhkiyə xüsusiyyətləri araşdırılıb və bu romanlara postmodern xarakter verən məsələlər təhlil olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024