Mobil versiya
Şəhid ailələri hər zaman diqqətdədir - FOTOLAR
Tarix: 12-02-2021 | Saat: 12:48
Bölmə:Ölkə | çapa göndər

Şəhid ailələri hər zaman diqqətdədir




Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür diqqət və qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər xalq tərəfindən rəğbətlə qarşılanır. Dövlət dəstəyi ilə yanaşı cəmiyyətin ayrı- ayrı təbəqələri bu kateqoriyadan olan insanlarımıza həsaslıqla yanaşır və dəstəklərini əsirgəmirlər.Bu bizim xalqın mənəvi dəyərlərinə söykənən bir yanaşmadır.Cəmiyyətdə baş verən bütün pozitivlərin önündə gedən, onun fəal iştirakçlısı olan Yeni Azərbaycan Partiyası bu sahədə də öz öncüllüyünü davam etdirir.Partiyanın həyata keçirdiyi “Şəhid ailələrinə qayğı” aksiyasını insanlarımız rəğbətlə qarşılayır və təqdir edirlər. Aksiya çərçivəsində YAP-ın Tovuz rayon təşkilatı şəhid ailələrinin ziyarətini davam etdirir. Rayon təşkilatının sədri Məzahir Bayramov, rayon Şurasının üzvü Məmməd Tağıyev,aparatın işçiləri və fəallar rayonun dağlıq ərazisində yerləşən Çatax və Çeşməli kəndlərindən olan Şəhid ailələri ilə görüşüblər.Əhalisinin sayı 3659 nəfər olan Çatax kənd İnzibati Ərazi Dairəsi II Qarabağ müharibəsində 6 nəfər Şəhid vermişdir.Fevral ayının 3-də keçirilən tədbir ilk olaraq Pələkli kəndindən olan Şəhidlər-

Əliyev Aqil Faiq oğlunun və Ayvazov Həsən Cəlil oğlunun ailəsinin ziyarəti ilə başlamışdır.Sonra Şıxheybət kəndində Şəhid Nəbiyev Cilingir Azad oğlunun, Cirdək kəndində Sarıyev Tural İsmayıl oğlunun, Çatax kəndindən şəhid Əlizadə Eltac İsmayıl oğlunun və Şəhid Məsimov Rauf Qafar oğlunun ailələrinə baş çəkilmişdir.

Həmin gün aksiya Çeməli və Güvəndik kəndlərində davam etdirilmişdir.

Şəhidlər Bədəlov Oktay Ələddin oğlunun və Fərzalıyev Samir Misir oğlunun valideyinləri ziyarət olunmuşdur.

Şəhid ailələrinin üzvləri ilə onları maraqlandıran mövzuda lazımı söhbət aparılmış, dövlətimizin onlarla bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat verilmişdir. Söhbət zamanı şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildirmişlər.

aia.az


















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025