Turani Əliyev: “Milli Prioritetlər ölkənin əsas inkişaf perspektivlərini müəyyən edir”
Tarix: 10-02-2021 | Saat: 17:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Növbəti on il ərzində Azərbaycanın daha yüksək templərlə inkişafını və bu əsasla dövlətimizin daha da güclənməsini təmin etmək üçün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair beş Milli Prioritetin reallaşdırılması mütləqdir”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Turani Əliyev deyib.
Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əhəmiyyəti barədə öz fikirlərini bizimlə paylaşan təşkilat sədri bildirib ki, xüsusilə son 17 il ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək uğurla həyata keçirilmiş və nəticə olaraq ölkə iqtisadiyyatı yüksək inkişaf səviyyəsinə çatmış, vətəndaşların sosial müdafiəsi gücləndirilmişdir: “Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünüımüş xarici və daxili siyasət nəticəsində əldə olunmuş ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, Azərbaycan güclü dövlətin müasir dünyada əsas vizit kartlarından biri hesab olunan güclü orduya sahib olmuşdur. Məhz bu amillərin mövcudluğu ölkəmizin Vətən müharibəsində qələbəsini, torpaqlarımızın işğaldan azad olunmasını təmin etmişdir. Təbii ki, növbəti illərdə də artıq işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair beş Milli Prioritet növbəti onillikdə icrası zəruri olan dövlət konsepsiyası statusunda qəbul olunmalıdır. Məlumdur ki, özünün davamlı inkişafını təmin etmək üçün Azərbaycan bütün zəruri resurslara və potensiala sahibdir. Milli Prioritetlər isə artıq bu resurs və potensialın məhz düzgün istiqamətdə və məqsədyönlü şəkildə reallaşdırılmasını təmin edəcək geniş əhatəli və uzunmüddətli dövlət proqramıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Təbii ki, regional lider dövlət kimi, Azərbaycanın Cənubi Qafqazda istər təhlükəsizliyin, sabitliyin qorunub saxlanması, istərsə də iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından aparıcı rolu növbəti illərdə daha da artacaq. Azərbaycan hər zaman olduğu kimi, yenə də region ölkələrinin, qonşu dövlətlərin vətəndaşlarının da rifah səviyyələrinin yüksəlməsinə böyük töhfələr verəcək. Məhz bu baxımdan biz deyə bilərik ki, 2030-cu ilə qədər olan dövr ərzində Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi region ölkələrin və qonşu dövlətlərin də maraqlarına cavab verir. Deməli sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş Milli Prioritetlər həm də beynəlxalq əhəmiyyət kəsb edən konsepsiya kimi dəyərləndirilməlidir.”
Turani Əliyev həmçinin Milli Prioritetlərdə nəzərdə tutulan əsas məqsəd və hədəfləri qeyd edərək bunların dövlətin daha da güclənməsi və yüksək rifah cəmiyyətinin formalaşmasından ibarət olduğunu vurğulamışdır: “Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlılığı, milli iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkənin ixrac potensialının tam reallaşdırılması baxımından qarşımızda indiyədək misli görünməmiş imkanlar açır. Heç şübhəsiz bu proqramın reallaşdırılması ilə Azərbaycan inkişafın artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələsinə qədəm qoyacaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını, insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət – başqa sözlə desək inkişafdan hər bir vətəndaş bəhrələnməli, əməkhaqları getdikcə artırılaraq layiqli səviyyəsi təmin edilməli, yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunmalıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdan ibarətdir. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış –ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən vətəndaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı təmin olunacaq. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə əhəmiyyətli dərəcədə yer veriləcək. Beləliklə, müəyyən edilmiş Milli Prioritetlər Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin daha da artmasına son dərəcə dəqiq hesablanmışdır.”
Orxan Əsədov
Murad Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər