Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi:“Bütün yollar Qarabağa aparır...”
Tarix: 10-02-2021 | Saat: 16:35
Bölmə:Manşet / Ölkə | çapa göndər
“Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayının 6-da videoformatda keçirilmiş 2020-ci ilin yekunlarına dair müşavirədəki çıxışından. Ölkə Prezidentinin bu əminliyi ilk növbədə yeni yol çəkilişini icra edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işinə göstərilən yüksək etimaddan xəbər verir.
Aydındır ki, ölkə iqtisadiyyatının və ilk növbədə nəqliyyat sisteminin inkişafı avtomobil yollarının inkişafı ilə sıx şəkildə bağlıdır. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən avtomobil yolları çəkilir, körpülər və yol qovşağları tikilir. Birmənalı olaraq demək lazımdır ki, ölkənin nəqliyyat infrastrukturunun inkişafında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) aparıcı rol oynayır.
“Zəfər yolu”muz açıq olsun!
Bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq işlərinin dinamikası getdikcə artmaqdadır. Məlum olduğu kimi, bu quruculuq işləri ilkin olaraq məhz yol çəkilişi ilə start götürmüşdü. Hələ ötən ilin noyabr ayının 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına etdikləri tarixi səfər zamanı Füzuli – Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdilər. Beləliklə də işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk günü quruculuq işlərinə start verilməsilə əlamətdar oldu. Bu gün isə Şuşanın düşməndən azad olunmasının mənəvi rəmzi olan və 101 km uzunluğa malik “Zəfər Yolu”nun dövlət başçısının tapşırığına əsasən, genişləndirilərək II texniki dərəcəyə uyğun inşası üzrə işlərin birinci mərhələsi artıq yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və sözügedən yol ilə gediş-gəliş təmin olunub. “Zəfər yolu”nun sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.
İsa Bulağı yolumuzu gözləyir
Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi də uğurla davam etdirilir. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək. Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur.
“Keşikçidağ”a yeni yol çəkilir
Əlbəttə ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri əsas prioritet kimi diqqət mərkəzindədir. Bu baxımdan AAYDA ölkənin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması üzrə işlərin icrasnda əsas rol oynayan bir qurum kimi həmin ərazilərdə dinamik və effektiv fəaliyyət göstərir. Bununla qurumun digər ərazilərdəki fəaliyyəti də səmərəlilik baxımından heç də geri qalmır. Belə ki, 2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə start verilib. Məhz bu çərçivədə hazırda Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına başlanılıb. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir. Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub. Təxminən 6-cı əsrə aid edilən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınaraq və turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.
Kürdəmirin yol infrastrukturu yenilənir
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur. Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub. 18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanmasına da başlanılıb. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edir. Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Gördüyümüz kimi, Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əzmkar kollektivi 2021-ci ilin ilk aylarından artıq yaradıcı və səmərəli fəaliyyətləri ilə ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Biz də hörmətli Saleh müəllimə və onun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün əməkdaşlarına bu şərəfli işlərində yeni-yeni uğur və nailiyyətlər diləyirik!
Abbas Abbasov
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025