Mobil versiya
Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu
Tarix: 10-02-2021 | Saat: 10:45
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycan sərhədçiləri Qafan yolunda post qurdu


Azərbaycan sərhədçiləri Qafan rayonundan Çakaten kəndinə gedən yolda post qurublar.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, postun qurulmasına səbəb “Azərbaycana xoş gəlmisiniz” yazısı olan lövhəyə bir müddət əvvəl atəş açılması olub.

Xatırladaq ki, Qafanın Azərbaycanla sərhəddə yerləşən kəndlərini birləşdirən yolun kənarında "Azərbaycana xoş gəlmisiniz" lövhəsinin qoyulması erməniləri təşvişə salıb.

Ermənistanın ombudsmanı Arman Tatoyan yerli sakinlərdən bununla bağlı çoxlu sayda zənglər daxil olduğunu deyib. Tatoyan əlavə edib ki, onlar hər gün Azərbaycanın dövlət rəmzlərini görməyə məcbur olurlar. Bunun ardınca ermənilər tərəfindən lövhəyə atəş açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025