Mobil versiya
ÜST: Koronavirusa yoluxanların sayı dünyada 304 mindən çox artıb
Tarix: 10-02-2021 | Saat: 10:04
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

ÜST:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 304 mindən çox artıb.

aia.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 304 166 nəfər yeni koronavirusa yoluxub, 8 021 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 106 125 682, ölənlərin isə 2 320 682 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 26 746 377 nəfər. Siyahıda daha sonra Hindistan (10 847 304), Braziliya (9 524 640), Rusiya (3 998 216), Böyük Britaniya (3 959 788), Fransa (3 285 786), İspaniya (2 913 425), İtaliya (2 644 707), Türkiyə (2 539 559), Almaniya (2 291 924), Kolumbiya (2 157 216) və Argentina (1 980 347) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024