Mobil versiya
Bakıda sökülən yataqxananın sakinləri yeni binaya köçürüləcək - RİH
Tarix: 09-02-2021 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Bakıda sökülən yataqxananın sakinləri yeni binaya köçürüləcək -


Bakıda Məişət Kondisioneri Zavodunun yataqxanası sökülür, binada yaşayan sakinlər müvəqqəti olaraq kirayə evlər çıxarılıblar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xətai rayon İcra Hakimiyyətindən (RİH) bildiriblər. Qeyd olunub ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl sakinlər tərəfindən icra hakimiyyətinə müraciətlər daxil olub, daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və onun sökülməsinə qərar verilib:

"Həmin binada siyahıyaalma işləri aparıldı və orada 146 ailənin yaşadığı məlum oldu. Onlara öncə 30 kvadratmetrə görə 30 min manat və əşyaların köçürülməsinə görə 500 manat, 30 kvadratmetrdən yuxarı olan mənzillərin hər kvadratına görə isə 1000 manat təklif olunmuşdu. Orada yaşayan sakinlər bu təkliflə razı olmadılar, bildirdilər ki, onlar bu qiymətə ev ala bilməyəcəklər. Bundan sonra icra hakimiyyəti podratçı şirkətlə müqavilə bağladı və orada yaşayan sakinlər binanın yerində tikiləcək yeni yaşayış binasına köçürüləcəklər".

Qeyd edək ki, yeni binanın 2022-ci ildə istifadəyə verilməsi gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025