Mobil versiya
Hərbi geyimdə, özünü qazi kimi göstərib insanları aldadan şəxs saxlanıldı - FOTO
Tarix: 08-02-2021 | Saat: 13:15
Bölmə:Karusel / Ölkə | çapa göndər

Hərbi geyimdə, özünü qazi kimi göstərib insanları aldadan şəxs saxlanıldı -


Bakıda özünü müharibə iştirakçısı kimi təqdim edərək dilənən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Özünü Vətən müharibəsinin iştirakçısı və yaralı kimi təqdim edən şəxs hərbi forma geyinərək rayon ərazisində dilənçilik etməyə başlayıb. Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs Vətən müharibəsinin iştirakçısı deyil və heç bir xəsarəti yoxdur.

Faktla bağlı araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025