Mobil versiya
Bu gündən ölkəmizdə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır
Tarix: 08-02-2021 | Saat: 09:32
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bu gündən ölkəmizdə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır


Bu gündən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır.

aia.az xəbər verir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxtı bildiriləcək.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də başlanılıb. Ölkədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyini "Coronovac" vaksinindən istifadə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024