Mobil versiya
Türkiyədən Çinə mədən sənayesi məhsulu daşıyan qatar Bakıya çatıb
Tarix: 05-02-2021 | Saat: 15:49
Bölmə:İqtisadiyyat | çapa göndər

Türkiyədən Çinə mədən sənayesi məhsulu daşıyan qatar Bakıya çatıb

Türkiyədən Çinə yeni növ yük - mədən sənayesi məhsulu daşıyan 42 konteynerdən ibarət blok qatarı Bakı Limanına çatıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC-dən bildiriblər. Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner” MMC-nin Türkiyə, Gürcüstan və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatan 40 futluq konteynerlərdən ibarət Türkiyənin növbəti ixrac qatarı “Beket Ata” fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.

Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024