Mobil versiya
Daxili Qoşunların Kəlbəcər uğrunda şəhid olan əsgəri
Tarix: 05-02-2021 | Saat: 10:50
Bölmə:Ölkə | çapa göndər

Daxili Qoşunların Kəlbəcər uğrunda şəhid olan əsgəri


Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Bağırov Elnur Zeynal oğludur.

aia.az xəbər verir ki, 24 yaşlı E.Bağırov ötən ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da imzaladığı sərəncama əsasən o, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. E.Bağırov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.

Qeyd edək ki, E.Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025