Mobil versiya
Azərbaycandan Rusiyaya alma və pomidorun ixracı məsələsi müzakirə olunub
Tarix: 04-02-2021 | Saat: 11:47
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandan Rusiyaya alma və pomidorun ixracı məsələsi müzakirə olunub

Bitki mühafizəsi tədbirləri nəticəsində Azərbaycanın sağlamlaşdırılmış təsərrüfatlarından Rusiya Federasiyasına alma və pomidor məhsullarının ixracı məsələsi müzakirə olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında telefon danışığı olub. Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan alma və pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı keçirilən görüşdə AQTA sədri alma və pomidor istehsalı ilə məşğul olan müəssisələrdə nəzarətin gücləndirilməsi, həmçinin təssərrüfatlarda aparılan bitki mühafizəsi tədbirləri və həyata keçirilən birgə videomonitorinqlərlə bağlı məlumatları diqqətə çatdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024