Mobil versiya
Nazirlikdən XƏBƏRDARLIQ: Məktəbə getməkdən imtina edən şagirdlər üçün...
Tarix: 03-02-2021 | Saat: 19:45
Bölmə:Təhsil | çapa göndər

Nazirlikdən XƏBƏRDARLIQ: Məktəbə getməkdən imtina edən şagirdlər üçün...

Övladının məktəbə göndərilməsini istəməyən və bunun üçün iltizam yazan valideyn mütləq uşağının müstəqil öyrənməsini təmin etməlidir.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin sıxlığının qarşısının alınması üçün siniflər iki yarımqrupa bölünüb. Bununla əlaqədar müəllimin dərs yükü iki yarımqrup arasında bölünür. Bu səbəbdən müəllimlərin dərs yükü həmin şagirdlər üçün onlayn dərslərin təşkilinə imkan vermir.

Nazirlik rəsmisi qeyd edib ki, nəzəri olaraq, bütün sinfin valideynlərinin öz övladlarını məktəbə göndərməsindən imtina etməsi də mümkün ola bilər. Bu halda müəllim əvvəlki rejimdə bütün sinif üçün dərsləri virtual keçə bilər.

V.Yaqublu hazırda məktəblərdə sanitar-epidemioloji vəziyyətdən irəli gələn bütün tələblərə əməl edildiyini, onların dezinfeksiyaedici məhlullarla təmin edildiyini nəzərə çatdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024