Pandemiya bal satışına necə təsir edib? - Sədr açıqladı
Tarix: 03-02-2021 | Saat: 19:27
Bölmə:İqtisadiyyat | çapa göndər
Pandemiya səbəbindən ölkədə bal satışında problemlər yaşanıb.
Bunu açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, 2020-ci ildə istehsalda elə də problemlər olmasa da satışda müəyyən çətinliklər olub:
"Pandemiya olmasına baxmayaraq, arı istehsalında elə də geriləmə baş verməyib. İlk günlərdə arıçıların istehsal yerinə gediş-gəlişində problem yaransa da sonradan dövlətimiz kənd təsərrüfatı sahəsinə müəyyən güzəştlər etdi və sözügedən problem aradan qaldırıldı. Ötən il yeganə problem bal satışı ilə bağlı oldu. Normalda bal iri şəhər və rayonlarda satılır, pandemiya dövründə də həmin yerlərə giriş qadağan idi. Buna görə satışda müəyyən dərəcədə geriləməmiz oldu. Bundan əlavə, turizmdə də durğunluq oldu və bu da öz növbəsində satışın azalmasına təsir etdi".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024