Mobil versiya
65 yaşdan yuxarı bir neçə şəxsə vaksin vurulmasından imtina edilib - SƏBƏB
Tarix: 02-02-2021 | Saat: 17:36
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

65 yaşdan yuxarı bir neçə şəxsə vaksin vurulmasından imtina edilib -


2 nömrəli Şəhər Poliklinikasında dünəndən başlayan 65 yaşdan yuxarı vaksinasiya prosesində indiyə qədər 23 nəfər peyvənd edilib.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının həkimi Hüseynov Firuddin bildirib. Onun sözlərinə görə, vaksinasiyaya müraciət edənlər arasında imtina cavabı alanlar da olub:

“Əks göstəriş alan şəxsləri geri qayataraq başa salırıq ki, sizdə ehtiyatlı yanaşmalar var. Həmin adamlar 3 dəfə infarkt keçirənlərdir. Həmçinin, hipertanik kriz fonunda gələnlər var ki, onların təzyiqi həddən artıq yuxarı idi. Geri qaytarılan şəxslər arasında ağır şəkər xəstəsi olan da var”.

F.Hüseynov qeyd edib ki, ötən gün 15, bu gün isə 8 nəfərə vaksin vurulub. Onlardan 12-si kişi, 11-i qadındır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024