Mobil versiya
Fuad Əliyev - 71
Tarix: 01-02-2021 | Saat: 12:44
Bölmə:Manşet / Ölkə | çapa göndər

Fuad Əliyev - 71




Fevral ayının 1-də AMEA-nın Gəncə bölməsinin sədri, kimya elmləri doktoru, akademik Fuad Əliyevin 71 yaşı tamam olur. Bu gün ömrünün müdriklik çağını yaşayan Fuad Əliyev bütün həyatını öz xalqına layiqli övlad və ölkəsinə layiqli vətəndaş olmaq amalına həsr edib. Dövlətimizin və dövlətçiliyimizin yolunda hər zaman istənilən fədakarlığa hazır olan Fuad müəllim uzun illərdir ki, elm sahəsində çalışmaqla, bütün bu illər ərzində Azərbaycanda kimya sahəsinin inkişafına misilsiz töhfələr bəxş edib.

Fuad Əliyev səmərəli və çoxşaxəli elmi fəaliyyətilə yanaşı, yaşadığı Gəncə şəhərinin ictimai-siyasi həyatında da fəal iştirak edir. Təsadüfi deyil ki, öz elmi və ictimai fəaliyyətilə hər zaman gənc nəsilə örnək olan Fuad müəllimi bütün Gəncə sakinləri də əsil ziyalı bir ağsaqqal kimi səmimi qəlbdən sevir və onun şəxsiyyətinə sonsuz hörmət bəsləyirlər.

Həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, Fuad Əliyev Azərbaycanda elm sahəsində çalışan insanlar arasında da yüksək dəyər verilən alimlərimizdən biridir. Akademik Fuad Əliyev 180 elmi əsərin, 17 elmi ixtiranın və 10 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 kimya üzrə fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanıb.

Öz çıxışlarında Fuad müəllim hər zaman deyib ki, elm sahəsində əldə etdiyi nailiyyətlərə görə isə o, ilk növbədə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Bunu da deməliyik ki, akademik Fuad Əliyevin fəaliyyəti Azərbaycan dövləti və bilavasitə Ölkə Prezidenti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Belə ki, Fuad Əliyev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar elm xadimi” adına layiq görülüb. 2020-ci ildə isə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Biz də öz adımızdan Fuad Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik! İnanırıq ki, hörmətli akademikimiz hələ uzun illər Azərbaycanda elmin inkişafına misilsiz töhfələr verməkdə davam edəcək!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025