Nazir: “Fevralın 15-dək ənənəvi təhsilə qayıtmaq istəyirik”
Tarix: 30-01-2021 | Saat: 16:30
Bölmə:Manşet / Təhsil | çapa göndər
"Əgər yoluxma dinamikası imkan verərsə, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa qayıtmaq istəyirik"
aia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, valideynlərin əksəriyyəti məktəblərin açılmasına daha çox müsbət reaksiya verir: "Bəzi valideynlər isə bu cür açılışın əleyhinədir. Əyani dərsdə şagirdin iştirak edib-etməməsi valideynlərin səlahiyyətindədir. Övladının əyani təhsildə iştirakını istəməyən valideynlər məktəbə müraciət edib “İltizam sənədini” imzalamalıdır”.
E.Əmrullayev qeyd edib ki, mümkün şəraitdə dərslərin bərpa edilməsinə çalışırlar: “Bu dövrdə bizim ən böyük problemimiz şagirdlərin sosial-emosional inkişafıdır. Şagirdlər ünsiyyətdə olsunlar və evdə oturmasınlar. Tədricən ənənəvi təhsilə qayıda bilərik. Bu, təbii ki, yoluxma sayından asılı olacaq. Vaksinasiya başlanılıb və bir neçə min tibb işçisi vaksinasiya olub”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər