Mobil versiya
“Yağıntılar sürüşmə prosesini qaçılmaz edib” - Açıqlama
Tarix: 29-01-2021 | Saat: 10:14
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Yağıntılar sürüşmə prosesini qaçılmaz edib” -


Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb.

Azvision.az xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib. O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmaya həssaslığı, mayili yamac olması, son aylar ərzində düşən atmosfer yağıntıları sürüşmə prosesini qaçılmaz edib.

"Proses nəticəsində hal-hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə araşdırma davam edir. Ərazidə təbii amillərdən başqa amillər də var. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

Qeyd edək ki, dünən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yenidən sürüşmə hadisəsi baş verib. Sürüşmə nəticəsində bir ictimai iaşə obyektinə və iki fərdi yaşayış evinə ziyan dəyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025