Mobil versiya
Elman Hüseynov: “Əczaçıların yüksək risk qrupuna aid edilməsi məsələsinə yenidən baxılmalıdır”
Tarix: 27-01-2021 | Saat: 18:19
Bölmə:Manşet / Səhiyyə / Seçilənlər-8 | çapa göndər

Elman Hüseynov: “Əczaçıların yüksək risk qrupuna aid edilməsi məsələsinə yenidən baxılmalıdır”

Hazırda koronavirus infeksiyası ilə mübarizə bütün dünyada davam edir. Əksər ölkələrin təcrübəsindən də görürük ki, hətta sərt karantin məhdudiyyətlərinin tətbiqi də hələ ki, bu xəstəliyin qarşısının alınnması üçün kifayət etmir.

Bununla belə qeyd olunmalıdır ki, Azərbaycan bu gün koronavirusla mübarizədə ən az itkilər vermiş ölkələr sırasındadır. Dövlətimiz tərəfindən həyata keçirilən effektiv mübarizə tədbiləri nəticəsində qlobal pandemiyanın həm tibbi, həm də iqtisadi baxımdan cəmiyyətimizə vurduğu ziyan minimuma endirilib. Bir neçə gün bundan öncə isə Azərbaycanda artıq Covid-19 infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də vaksinasiyaya cəlb olunan təbəqə kimi ilkin olaraq tibb işçiləri seçilib. Bu, sözsüz ki, doğru qərardır və həkimlərimizin peşə fəaliyyətləri ilə əlaqədar yüksək risk qrupuna aid olduqlarına heç bir şübhə yoxdur. Lakin bu məsələdə bizim diqqətimizi çəkən bir məqam var ki, bu da əczaçıların həmin qrupa daxil edilməməsidir. Bu məsələyə aydınlıq gətirmək üçün respublikanın tanınmış əczaçısı Elman Hüseynovla həmsöhbət olduq. Məlum oldu ki, Elman müəllim də əczaçıların tibb işçilərimizlə bərabər yüksək risk qrupuna daxil edilməməsinin əleyhinədir: “Bütün dünya ölkələrində əczaçılar, aptek işçiləri tibb işçisi statusuna malikdirlər. Əslində Azərbaycanda da bu belədir. Lakin nədənsə risk qrupuna aid olunma məsələsində bu məqam səlahiyyətli qurumların diqqətindən kənarda qalıb. Halbuki, əczaçıların hər gün üzləşməli olduqları yoluxma ehtimalı heç də aşağı deyil.”

Həmçinin Elman Hüseynov əczaçıların yüksək risk qrupuna daxil edilmələrinin zəruriliyini şərtləndirən arqumentlərdən biri kimi, apteklərin hətta ən ağır qapanma dövründə belə fəaliyyətlərinin davam etdirilməsini önə çəkir: “Bilirsiniz ki, hətta ən ağır qapanma dövründə belə apteklər və ərzaq mağazaları fəaliyyətlərini davam etdirirdilər. Məhz həmin dövrdə aptek işçiləri gün ərzində buraya üz tutan yüzlərlə həm real, həm də potensial virus daşıyıcılarına xidmət etməli olurdular. Təsəvvür edin ki, hər bir aptek gün ərzində 50-100 həkimin resept yazdığı xəstələrin üz tutduğu məkandır. Bəs nə üçün biz düşünürük ki, əczaçılar bu yönümdə tibbişçilərindən az risk edirlər? Elə bilirəm ki, bu, tamamilə səhv yanaşmadır və əczaçılarımızın da yüksək risk qrupuna aid edilməsi məsələsinə aidiyyatı olan qurumlar tərəfindən yenidən baxılmalıdır. Eyni zamanda da nəzərə almaq lazımdır ki, əczçıların dövlət səviyyəsində vaksinasiyaya cəlb olunması həm də əhali arasında bu vacib tədbirin ən gözəl və inandırıcı təbliğatı ola bilər. Əminəm ki, bütün bunlar barədə düşünməyə dəyər.”

aia.az
Orxan Əsədov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə