Mobil versiya
Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO
Tarix: 06-10-2026 | Saat: 11:11
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? -

Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb. Sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.

aia.az xəbər verir ki, bu barədə AZTV-nin hücumla bağlı hazırladığı materialda bildirilir.

Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.

“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovadur.

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2026