Mobil versiya
Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb
Tarix: 06-10-2026 | Saat: 15:02
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artıb

Azərbaycanın hava nəqliyyatındakı rolu artıb. Son dörd ildə ölkənin hava məkanından tranzit uçuşların sayı çoxalıb.

aia.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Bakı ilə Almaniya arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi üçün imkanların olduğunu deyən nazir müavini AZAL-ın Berlin şəhərinə uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında Bakı Limanının yaxınlığında yeni yük hava limanı tikilir: “İllik bir milyon ton yükdaşıma imkanına malik olacaq hava limanı dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının vahid logistika sistemində birləşdirilməsinə imkan verəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2026