Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
Tarix: 06-10-2026 | Saat: 15:36
Bölmə:Siyasət | çapa göndər

Korrupsiya ilə əlaqədar məlumatların verilməsi zamanı subyektlər tərəfindən məlumatların konfidensiallığının və anonimliyin təmin edilməsinə imkan verən kommunikasiya kanallarının yaradılması, elektron qaydada məlumat verilməsi və konfidensial məsləhət almaq imkanının təmin olunması nəzərdə tutulur.
aia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitədə müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni hazırlanmış qanunun layihəsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir:
"Məlumat təsdiq edildikdə, təşkilat rəhbərinin qərarı ilə məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən artıq ola bilməz və onun müəyyən edilməsində hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır. Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaiti hesabına əldə edilmiş vəsaitdən, habelə layihədə nəzərdə tutulan digər hallarda dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində vəsaitin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur".
Komitə sədri həmçinin bildirib ki, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda və ya bədən xəsarəti alması hallarında müvafiq birdəfəlik müavinətlərin ödənilməsi, habelə əmlaka dəymiş zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya edilməsi nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2026