Mobil versiya
"Baku Medical Plaza"dan dünyasını dəyişən hərbçi ilə bağlı açıqlama
Tarix: 25-01-2021 | Saat: 18:23
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

"Baku Medical Plaza"dan dünyasını dəyişən hərbçi ilə bağlı açıqlama


Azərbaycan Silahı qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü Rəşad Səbzulla oğlu Mahmudov Meydana gələn simptomlara görə müraciət etdiyi Hərbi Hospitalda ona beynin mininqioması (xoşxassəli şiş) diaqnozunu qoyulub. Amma hospitalda əməliyyat üçün lazımi avadanlığın olmadığını bildiriblər. Vəziyyətinin anidən pisləşməsi səbəbindən ailəsi “Baku Medical Plaza”ya, (Babək filialı) yəni özəl xəstəxanaya müraciət edib. Dekabr ayını 15-də neyrocərrah Tural Rəhimli şişin alınması üzrə əməliyyat keçirib. Həkim əməliyat üçün ödəniş götürməyib.

R. Mahmudovun həyat yoldaşı Yuliya xanımın sözlərinə görə, əməliyyatdan bir müddət sonra Rəşadda klebsiella infeksiyası nəticəsində aspirasion pnevmoniya aşkar edilib, nəticədə həkim onu reanimasiyada saxlamaq qərarına gəlib. Rəşad ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulub. Onun klinika xərclərini qarşılamaq üçün bankdan kredit götürülüb. Rəşadın vəziyyət çox kirtik olduğu üçün digər klinikalar onu qəbul etməyib. Ailəsi Rəşadın klinika xərclərini ödəmək üçün yardım istəyib.

Hərbçinin 20 min manat məbləğində göstərilən tibbi xidmət xərcləri klinika hesabına aparılıb:

“Son günlərdə bəzi sosial şəbəkələrdə və saytlarda dərc edilən xəbərdə klinikamız ciddi ittihamla qarşı-qarşıya qoyulub.

Bu barədə klinikamızla əlaqə saxlamadan, məsələyə bizim münasibətimizi öyrənmədən dərc edilən məlumatda buna görə də həqiqətlər öz əksini tapmayıb. Pasient Rəşad Mahmudovun ailəsi klinikamıza Meningioma (beyin şişi) diaqnozu ilə müalicə aldığı Hərbi Hospitalda əməliyyat üçün lazımi avadanlıq olmaması səbəbindən müraciət edib. Vəziyyətinin ağır olması və əməliyyatdan sonra yarana biləcək fəsadlar barədə öncədən ailəsinə məlumat verilib və onları da razılığı ilə son şans olaraq 15.12.2020-ci tarixində klinikamızda əməliyyat keçirilməsi qərara alınıb. Pasientin əməliyyatına və reanimasion xəsrclərinə görə həkimlər və klinika əlavə məbləğlərdən imtina edib, ödədilən vəsait reanimasion müalicəsi üçün zəruri dərmanlara xərclənib, əlavə olaraq 20000 manat məbləğində göstərilən tibbi xidmət klinika hesabına təmənnasız göstərilib.

Klinikamızın reanimasiya şöbəsində mütəmadi olaraq infeksiya kontrol şöbəsi tərəfindən infeksiyalara qarşı nümunələr götürülür və bu nümunələrdə adı çəkilən klebsiella bakteriyası aşkarlanmayıb. Bu tip bakteriyalar hər insanın orqanizmində mövcud olan və immun sisteminin aşağı düşməsi ilə üzə çıxan bakteriyalardır. Pasientin müalicəsi aspirasion pnevmaniya diaqnozu ilə reanimasiya şəraitində davam etdirilib. Klinika olaraq hərbçimiz üçün əlimizdən gələn hər bir şeyi etdik. Həkim heyəti və tibbi personalın səylərinə baxmayaraq təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı”.
Biz, Baku Medical Plaza olaraq hər zaman hərbçilərimizin və qazilərimizin yanında olmuşuq və onlara əlimizdən gələn dəstəyi göstərmişik. Ümumiyyətlə, müharibədə ikinci Qarabağ müharibəsində iştirak edib-etməməsindən asılı olmayaraq bütün hərbçilərin, eləcə də siravi vətəndaşların həyatı bizim üçün çox önəmlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024