"Virusdan ən yaxşı müdafiə..."
Tarix: 25-01-2021 | Saat: 17:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
"Bütün virus infeksiyalarından ən yaxşı müdafiə vaksinasiyadır".
Bunu açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.
Pulmonoloq bildirib ki, peyvəndlərin qoruyuculuğu barədə hələ dəqiq məlumatlar yoxdur:
"Birinci mərhələdə olmasa da əhalinin ən azından 20%-dən çoxu vaksinasiya olunmalıdır ki, istədiyimiz nəticəni ala bilək. Bundan daha öncə danışırdıq ki, viral infeksiyalardan əhalinin 60-70-%-i tutandan sonra immunitet yaranır və bu zaman artıq pandemiyanın qarşısı alınmış olur. Vaksinasiyalarda da eyni prinsip gözlənilir.
Vaksinasiya mərhələlə şəkildə olduğu üçün müəyyən vaxt aparacaq, amma ən yaxşı nətciədə yenə də peyvənd olunmaqdadır. Bu peyvəndlərin qoruyuculuğu nə qədər olacaq, onlar haqqında hələ dəqiq məlumatlar yoxdur. Onu da yaxın zamanda çalışmalar göstərəcək.
İmmunosuppressiv tərkibli (məsələn Steroitlər) dərmanlar vaksinin effektivliyinə təsir edir. Bu cür dərmanlardan istifadə edən xəstələrdə vaksinasiyanın effektivliyi az ola bilər. İnsanlar var ki, virusa yoluxduqdan sonra onda antitel yaranmır, vaksinasiya zamanı da yaranmır. Bu, çox az qrup insanlarda müşahidə edilir. Digər hallarda vaksinlə antitellərin yaranması ən yüksək göstərici olacaq. Yəni, peyvənd olunduqdan sonra xəstələnmədən immunitetin formalaşması prosesi baş verir".
Təhməz Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024