Mobil versiya
"Qeyri-qanuni uşaq doğur, çıxıb efirdə məsləhət verir"
Tarix: 25-01-2021 | Saat: 17:25
Bölmə:Şou-biznes | çapa göndər

"Qeyri-qanuni uşaq doğur, çıxıb efirdə məsləhət verir"

Bəzi insanları tanıdıqca öz yerimi bilirəm. Bəzən yerimdən çıxıb başqalarının yerinə özümü qoyuram. Bu da mənim saflığımdandır. Amma etməməliyəm.

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" proqramında deyib. Müğənni efirlərdə insanlara məsləhət verən sənət adamlarını tənqid edib:

"Səhnədə hər insanın öz yeri var. İstedadlı gələndə, səhnə onu tozsoran kimi çəkir. Son zamanlar əsəb keçirirəm. Çıxıb efirdə elələri insanlara nəsihət verirlər ki... Onlar sənətə ləkədir. Bu aləmə qalmaqal gətirirlər. Başlarından yekə nəsihətlər verirlər: mən belə xanımam, elə bəyəm. Özlərini insana örnək göstərirlər. Biri evindən gəlinliklə çıxır, ailə həyatı alınmır və ayrılır. Bu, eyib deyil. Bunlar isə gəlin havası olmadan, necə gəldi kiməsə qoşulub gedirlər. Gedib qeyri-qanuni yolla uşaq dünyaya gətirirlər, sonra çıxıb efirdə insanlara nəsihət verirlər. Siz kimsiniz? Niyə əsəblərimizi oynadırsınız? Bizim ənənəmizə onlar ləkədirlər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024