Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlara səfəri bizim üçün qürurdur, böyük sevincdir
Tarix: 25-01-2021 | Saat: 15:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

Müsahibimiz Milli Məclisin deputatı Elman Məmmədovdur
Hörmətli Elman müəllim! Əvvəlcə Sizi redaksiyamız adından 30 dekabr 2020-ci il tarixdə Milli Məclisdəki uğurlu fəaliyyətinizə görə dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir,ən xoş arzularımızı bildiririk.
- Azərbaycan Ordusunun müzəffər qələbəsindən sonra Ali Baş Komandan İlham Əliyev cənablarının işğaldan azad olunmuş rayonlara səfərləri mütəmadi xarakter almışdır. Maraqlıdır ki, bu səfərlərin 3-ü - Ağdam, Xocavənd və Şuşa səfərləri Sizin deputatı olduğunuz rayonların payına düşür. Yəqin bu səfərlər, xüsusən də Şuşa səfəri ilə bağlı Sizin də maraqlı təəssüratınız var.
- Prezidentimizin işğaldan azad olunmuş rayonlarımıza səfərləri, xüsusilə də Şuşa şəhərinə olan səfəri tarixi bir səfərdir. Düşmənin və onun havadarlarının gözünü tökən, belini qıran səfərdir. Cənab Prezidentimiz bu səfərləri ilə bəyan edir ki, torpağın əsl sahibləri bizik və biz buradayıq. Bu səfərlər bizim hər birimiz üçün qürurdur, sevincdir və nümunədir.
- Yeri gəlmişkən, yəqin ki, təmsilçisi olduğunuz 4 rayonun sakinləri sırasında ordumuzda xidmət edənlər, müqəddəs şəhidlik zirvəsinə ucalanlar və qazi adını daşıyanlar da vardır. Onların sayı nə qədərdir? Ailələrinə göstərilən diqqət və qayğı ilə bağlı görülən işlərdən razısınızmı?
- Cənab Prezidentin göstərişinə əsasən bütün şəhid ailələri, qazilər, döyüşçülər müvafiq qurumlar tərəfindən qeydiyyata götürülüb və qanunvericilik əsasında lazımi kömək və yardımlarla təmin olunurlar. Xocalı rayonu üzrə bu müharibədə 7 şəhid, 14 qazi, Xocavənd royonu üzrə 10 şəhid, 43 yaralı qazi, Şuşa rayonu üzrə 7 şəhid, 23 yaralı qazi, Ağdam rayonu üzrə cəmi 61 şəhid, 10 nəfər mülki şəxs və 78 yaralı vardır. Bu 4 rayon üzrə Vətən müharibəsində ümumilikdə 800 sakinimiz döyüşlərdə iştirak edib.
- 26 fevral Xocalı faciəsinin növbəti ildönümü münasibətilə respublikamızda bir sıra tədbirlərin keçiriləcəyi şübhəsizdir. Yəqin ki, bununla bağlı Sizin də iş rejiminizin gərgin olacağı istisna deyil. Bu barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi, bu il də cənab Prezidentimizin rəhbərliyi altında Xocalı soyqırımının anılması ilə bağlı təbdirlər planı hazırlanacaq. Bu plana uyğun hər bir qurum öz üzərinə düşən vəzifələri icra edəcək. Ölkə daxilində və bir sıra xarici ölkələrdə də Xocalı soyqırımı ilə bağlı çoxsaylı tədbirlər həyata keçiriləcək.
- Dörd rayonun Milli Məclisdə təmsilçisi olmağın məsuliyyət yükü yəqin ki, daha ağırdır. Üstəlik, bu rayonların sakinləri 44 günlük Vətən müharibəsinə kimi qaçqın statusu daşımışlar.
- Təbii ki, məsuliyyət böyükdür. Məcburi köçkün yaşayan insanlarımızın müxtəlif sahələr üzrə çoxsaylı problemləri olub və bu gün də var. Bu problemlərin həlli ilə bağlı səlahiyyətimiz çərçivəsində mümkün olan bütün tədbirləri görürük. Həll etdiyimiz problemlərin sayı çoxdur. Ancaq müəyyən obyektiv və subyektiv səbəblər üzündən həllini tapmamış problemlər də mövcuddur. İnşallah, doğma yurd-yuvamıza qayıdanda bu problemlər də həllini tapar.
- Seçiciləriniz daha çox hansı məsələlərin həlli üçün Sizə müraciət edirlər?
- Bu illər ərzində ən çox müraciət olunan sahələr işlə təmin olunma və mənzil məsələləridir.
- Deputatı olduğunuz rayonların idarəetmə orqanları ilə əlaqəli işləmək, münasibət qurmaq çətin deyil ki?
- Dörd rayonun icra orqanları və digər qurumlarla sıx əlaqəmiz var. Münasibətlərimiz normaldır və heç bir çətinliyimiz yoxdur.
- Milli Məclisin bir neçə gün əvvəl keçirilən iclasında soyadlarla bağlı məsələnin müzakirəsi keçirilmişdir. Bu barədə fikirlərinizi eşitmək yerinə düşərdi.
- Soyadların sonunun ov, yev şəkilçiləri ilə qurtarması SSRİ dövründən qalmadır. Soyadların sonunun zadə, la, li, lı sonluqları ilə yazılması məsələsi Milli Məclisdə və mətbuatda vaxtaşırı qaldırılır. Artıq neçə ildir ki, bu sahədə ciddi nailiyyətlər var və bəyənilir. Məsələn, mən 1995-ci ildən başlayaraq nəvələrimin soyadlarını Elmanlı yazdırmışam. Yəqin ki, yaxın gələcəkdə bu məsələ tam həll olunacaq.
- Gərgin iş rejimi ilə çalışdığınız bir dövrdə vaxt tapıb suallarımızı cavablandırdığınıza görə Sizə dərin minnətdarıq və təşəkkürümüzü bildiririk.
daglar.tv
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025